Dmitri Nazarov komandasını məğlubiyyətdən xilas edə bilmədi

Futbol üzrə Almaniya ikinci Bundesliqasında yeni mövsümə start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də ilk matçına çıxıb.

Sözügedən komanda səfərdə "Haydenhaym"la qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 0:1.

Nazarov bu görüşün 71-ci dəqiqəsində meydana buraxılsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right