Futbol üzrə Ukrayna çempionatında 3-cü turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Volın" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0. Start heyətdə meydana çıxan Paşayev bu dəfə 55-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Stal" 3 turdan sonra 4 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.