İsveç çempionatında 17-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Hammarbü" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2. Start heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə oynayıb.
"Kalmar" geridə qalan turlarda topladığı 21 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.