Mourinyo məhkəməyə veriləcək – Şvanştaygeri əsas heyətdən kənarlaşdırdığına görə

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo məhkəmə qarşısında cavab verməli olacaq.

Newsport.az  saytının məlumatına görə, portuqaliyalı mütəxəssisin 3 ay müddətində həbs edilməsi istənilir. 
 
Buna səbəb isə təcrübəli baş məşqçinin Almaniya millisinin sabiq üzvü Bastian Şvanştaygeri komandanın əsas heyətindən kənarlaşdırılmasıdır. Bu barədə məlumatı yarımmüdafiəçinin vəkili Deyan Stefanociç məlumat verib: "Bu, düzgünlük deyil. Mourinyonun 3 ay müddətində həbs edilməsini istəyəcəyik. Bu məsələ ilə bağlı yaxın günlərdə Sloveniyada məhkəməyə üz  tutacağam”. 
 
Stefanoviç düşünür ki, Mourinyo bu qərarla Bastianın və bir çox futbolçunun haqqını tapdalayır: "Mourinyo futbolçulara örnək verməkdənsə, belə addımlar atır. Bu məsələni məhkəməyə qədər aparacam. Əsas  komandanın futbolçuları, komanda ilə məşqlərdə iştirak etmirlər. Ancaq bu, FİFA qaydalarına ziddir”.
 
Məsələ ilə bağlı açıqlama verən Mou isə heç bir şeydən qorxmadığını bildirib: "Mən yeni komandaya gəlmişəm və bir sıra qərarlar verməliyəm. Bu qədər asan. Dünyada mövcud olan bütün klublarda iş prinsipi belədi”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right