"Liverpul”un və İngiltərə milli komandasının futbolçusu Ceyms Milner karyerası ilə bağlı önəmli qərarlardan birini vermək məcburiyyətində alıb.
Newsport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu milli karyerasını başa vurub.
Belə ki, bu gün Milner və İngiltərə millisininyueni baş məşqçisi Sam Ellardays arasında görüş baş tutub. İkitərəfli görüşdən sonra bu barədə qərar ictimaiyyətə təqdim olunub.
Mətbuata açıqlama verən Ellardays Ceymsin fikrinə hörmətlə yanaşdığını bildirib: "Ceymsin son zamanlar Beynəlxalq karyerası barəsində düşünmık və növbəti addımlar atma üçün vaxtı var idi. Biz bu məsələ barəsində uzun-uzadı söhbət apardıq. O, milli karyerasıbı bitirmək barəsində qərar qəbul edib. Milner yaxşı insandı və onun fikrinə höörmətlə yanaşmaq mənim borcumdu. O, 7 illik milli koaryerası haqqında düşünüb, fəxr edə bilər”.
Ceyms məsələ ilə bağlı danışarkən bunları deyib: "Mənə vaxt ayırdığı üçün cənab Ellardaysa təşəkkür edirəm. Bəli, biz yekun qərar vermişik. Ümid edirəm ki, qəbul etdiyimiz qərar daha düzgündü. Ellardaysa və milli futbolçularımıza gələcək oyunlarda bol-bol uğurları arzulayılram”.
Qeyd edək ki, Milner 2009-cu ildən millinin şərəfini qoruyurdu. O, yığmanın heyətində 61 oyunda iştirak etmək hüququ qazanmışdı.