Portuqaliyanın "Boavişta" klubunun yarımmüdafiəçisi Emin Mahmudov FİFA-nın onun Azərbaycan milli komandasında oynamasına icazə verməsinə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:
"Şadam ki, FİFA Azərbaycan yığmasında oynamağıma icazə verdi. Yığma komandada ən qısa müddətdə debüt etmək istərdim. Başqa heç nə deyə bilmərəm. Çünki məni hələ bu komandaya dəvət etməyiblər".
azerisport.az