Movsüm başa çatdıqdan sonra "Qəbələ”dən ayrılan Aleksey Qayın yeni komandasının adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, 34 yaşlı futbolçu karyerasını Rusiyada davam etdirəcək.
Rusiya mətbuatının yaydığı məlumata görə, ukraynalı futbolçu Rusiya I Liqasında mübarizə aparan "Kuban” klubu ilə anlaşıb. Onun yaxın günlərdə Krasnodar təmsilçisi ilə münasibətlərini rəsmiləşdirəcəyi gözlənilir.
Qeyd edək ki, Qay 2015/16-cı illərdə "Qəbələ”də çıxış etmişdi. O, mövsüm başa çatdıqdan sonra ailə məsələlərini əsas gətirmiş və təmsilçimizlə yollarını ayırmışdı.