Madridin "Real” klubunun baş məşçisi Zinəddin Zidan komandadan ayrılacağı gündəmdə olan kolumbiyalı futbolçu Hames Rodrigezlə bağlı yekun qərarını açıqlayıb.
Newsport.az-ın məlumatına görə, əfsanəvi futbolçu Hamesin komandanı tərk etməyəcəyini bildirib: "Hamesin komandamızdan ayrılmasını istəmirəm. O, "Real”ın futbolçusudu. Hames daha çox oynamaq istəyir və bunun üçün kifayət qədər güc sərf etməlidi”.
Fransız mütəxəssis gələn mövsüm Hamesi əsas heyət üçün düşündüyünü bildirib: "Ümid edirəm ki, Hames gələn mövsüm daha çox oynayacaq. Ondan əlindən gələnin ən yaxşısını meydançada ortaya qoymasını istəyirəm”.
Qeyd edək ki, Hames Rodrigez 2014-cü ildə Fransanın "Monako” klubundan 75 milyon avro qarşılığında "Real”a transfer olunub.