Braziliyanın 23 yaşadək futbolçulardan ibarət milli komandasının və "Palmeyras” komandasının üzvü Qabriel Xesus karyerasını Avropada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 19 yaşlı futbolçu "Maneçster Siti” ilə müqavilə imzalayıb. O, razılaşmaya əsasən ilin sonuna qədər "Palmeyras”da çıxış edəcək və 2017-ci ilin yanvarında yeni komandasının düşərgəsinə qatılacaq. İngiltərə klubunun bu transferə görə "Palmeyras”a 32 milyon avro ödədiyi bildirilir.
Gənc və perspektivli futbolçu yeni klubu haqqında qaısa açıqlama verib. O, "Mançester Siti” ilə müqavilə imzaladığı üçün xoşbəxt olduğunu dilə gətirib: "Mançester Siti” dünyanın ən böyük klublarından biridi. Bu komandaya keçdiyim üçün çox xoşbəxtəm. Pep Qvardiola kimi fantastik mütəxəssisdən çox xey öyrənəcəm”.
Qeyd edək ki, gənc hücumçu bu mövsüm "Palmeyras”ın heyətində 19 rəsmi matçda iştirak edib və 15 qol vurmağı bacarıb.