Azərbaycan milli komandasının üzvü, "Xəzər Lənkəran”ın sabiq futbolçusu Elnur Cəfərov Portuqaliyanın "Tondela” klubundan qovulub.
Newsport.az-ın məlumatına görə, bu barədə "Tondela” rəsmisi Viktor Ramos Portuqaliya mətbuatına açıqlamasında məlumat verib. O bildirib ki, klub 3 futbolçu – Tomas George, Ruben Silvestre və Elnur Cəfərovla yollarını ayırıb.
Klub rəsmisi Elnurun göndərilməsini səviyyəsindən aşağı çıxış etməsi ilə əlaqələndirib. O, digər iki futbolçunun maliyyə səbəbindən komandadan göndərildiyini vurğulayıb.
Qeyd edək ki, Cəfərov təxminən 1 ay öncə "Tondela” ilə 1 illik müqavilə imzalamışdı.