“Qarabağ” və “Qəbələ”nin növbəti rəqibləri nə vaxt bəlli olacaq?

Çempionlar Liqasının və Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasiminin vaxtı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qitənin bir nömrəli yarışının püşkatması avqustun 5-də baş tutacaq. 

Mərasim saat 14:00-da start götürəcək. Avropa Liasının püşkatma mərasimi isə bundan bir saat sonra başlayacaq.

 
Qeyd edək ki, Çempionlar Liqasında yeganə təmsilçimiz olan "Qarabağ" bu gün 3-cü təsnifat mərhələsinin cavab matçında Çexiya "Viktoriya"sı ilə qarşılaşacaq. Bundan iki gün sonra isə Avropa Liqasında "Qəbələ"  Fransanın "Lill" komandasını qəbul edəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right