Təbriz derbisində qalib müəyyənləşmədi

İran Pro Liqasında ikinci turun qarşılaşmaları keçirilir.

Newsport.az-ın məlumatına görə, bu turda Cənubi Azərbaycanın "Maşın Sazi" və "Qustəriş Fulad" komandaları üz-üzə gəlib. Hər iki tərəfin səylərinə baxmayaraq Təbriz derbisində hesab açılmayıb.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xal olan "Maşın Sazi" üçüncü, 2 xal olan "Qustəriş" isə səkkizinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Təbrizin digər klubu olan "Traktor Sazi" isə bu tur səfərdə "Sanat Naft Abadan"la qarşılaşacaq. Bu matç Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right