Zidanın oğluna Premyer Liqa klubundan təklif

"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan  karyerasını İngiltərədə davam etdirə bilər.

Newsport.az saytının məlumatına görə, "Midlsbro" əfsanəvi fransız futbolçunun oğlunu heyətinə qatmaq istəyir.

İngiltərədən olan həmkarlarımızın iddia edir ki, Premyer Liqaya yeni vəsiqə qazanmış klub Enzonu icarəyə götürmək niyyətindədi. "Midlsbro" artıq "Real" və futbolçu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Enzo Zidan 9 yaşında - 2004-cü ildə "Real"a keçib. 2014-cü ildən Madrid klubunun B komandası olan "Real Madrid Kastilla"da çıxış edən 21 yaşlı yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 38 rəsmi oyunda 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right