Almaniyanın "Şalke” klubunun futbolçusu karyerasını İngiltərədə davam etdirəcək.
Newsport.az saytının məlumatına görə, 20 yaşlı futbolçu "Mançester Siti” klubuyla razılaşıb.
Bu barədə "Şalke” rəsmi saytı vasitəsiylə məlumat yayıb. Məlumatda bildirilir ki, Almaniya millisinin üzvü yaxın günlərdə İngiltərədə "Mançester Siti” üçün tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.
Qeyd edək ki, gənc hücumameyilli yarımmüdafiəçi "Şalke”nin yetirməsidi və 2014-cü ildən komandanın əsas heyətində mübarizə aparır. Sane Almaniyanın əsas milli komandasının heyətində 4 rəsmi matçda forma geyinib.