"Milan”ın sabiq futbolçusu Cennaro Qattuzo baş məşqçisi olduğu "Piza” klubundan istefa verib.
Newsport.az saytının məlumatına görə, veteran futbolçunun istefası hər kəs üçün gözlənilməz olub. Belə ki, komandanı aşağı liqadan "B” seriyasına yüksəldən mütəxəssisin istefa verməsi müəyyən qədər təəccüb doğurub.
Qattuzo istefa verməsinin problemlərlə əlaqədar olduğunu vurğulayıb. O, komandada ciddi problemlər olduğunu və sözügedən problemlərin yaxşıya doğru dəyişməsinə ümidsiz olduğunu bildirib. Qattuzo gələcək iş planı barədə heç bir məlumat verməyib.
Qeyd edək ki, 38 yaşlı veteran yarımmüdafiəçi ötən mövsümün əvvəlindən "Piza”nı çalışdırırdı.