Ukrayna Premyer Liqasında 2-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına gör, millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Stal" da növbəti matçına çıxıb.
"Dnepr"lə səfər qarşılaşmasında 1:1 hesablı bərabərlik qeydə alınıb.
Start heyətdə meydana çıxan Paşayev 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Stal" iki turdan sonra 1 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.