Uzun müddət "Sevilya”nın şərəfini qoruyan Koke komandadan ayrılıb.
Newsport.az-ın məlumatına görə, ispaniyalı futbolçu karyerasını Almaniyada davam etdirəcək.
Belə ki, 29 yaşlı futbolçuAlmaniya Bundesliqasında mübarizə aparan "Şalke” komandasıyla anlaşıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Bildirilir ki, futbolçu yaxın günlərdə tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə qol çəkəcək.
Almaniya mətbuatı "Şalke”nin bu transfer üçün "Sevilya” klubuna ödədiyi məbləği də öyrənməyi bacarıb. Həmkarlarımızın iddiasına görə, bu transfer "Şalke”yə 3 milyon avroya başa gəlib.
Qeyd edək ki, İspaniyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq üzvü olan Koke karyerası ərzində "Rayo Vallekano” və "Sevilya” komandalarında çıxış edib. O, "Sevilya” ilə birgə ardıcıl 3 dəfə Avropa Liqasının qalibi adını qazanıb.