Nazarov oynadı, komandası son sınağında bərabərə qaldı

Almaniyanın "Ersgebirge" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası mövsüm öncəsi son sınağında Almaniya Regional Liqasında çıxış edən "Valdhof"la qarşılaşıb.

Oyun 1:1 hesabıyla başa çatıb. Nazarov matçın 46-cı dəqiqəsində meydana çıxıb. Elə qollar da matçın ikinci hissəsində vurulub.

Qeyd edək ki, bundan sonra Aue təmsilçisi Almaniya ikinci Bundesliqasının ilk turuna hazırlaşacaq. Nazarovlu "Ersgebirge"ni ilk turda "Haydenhaym"la oyun gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right