Millimizin üzvü İngiltərə klubu ilə 4 illik müqavilə imzaladı

Milli komandamızın və İspaniyanın "Real Mursia” komandasının futbolçusu Eddi Silvestr İsrafilovun İngiltərənin "Fulhem” komandasına keçidi rəsmiləşib. 
 

Newsport.az-ın məlumatına görə, 23 yaşlı futbolçu İngiltərə Çempionşipində mübarizə aparan klubla 4 illik  müqavilə imzalayıb.  İspaniyanın məşhur "Marca” qəzeti iddia edir ki, London klubu Eddiyə görə "Mursiya”ya 200 min avro ödəyib.  Qəzet Eddinin transferinin yaxın günlərdə rəsmən ictimayyətə təqdim ediləcəyini yazıb. 
 
Qeyd edək ki, Eddi son 5 ildə "Musiya İmperial”, "Qranada”, "Eybar” və "Kordoba”  komandalarında icarə əsasında çıxış edib. Eddi millimizin heyətində 5 rəsmi oyunun iştirakçısı olub. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right