Portuqaliyanın "Tondela" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası bu dəfə Portuqaliyanın aşağı divizion təmsilçisi "Mortaqua" klubu ilə qarşılaşıb.
Oyun "Tondela"nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Cəfərov da bu görüşün iştirakçısı olub. O, həm də komandasının 4-cü qoluna imza atıb. Hansı ki, bu, futbolçumuzun Portuqaliya klubunun heyətində vurduğu ilk qoldur.