Almaniya III Bundesliqasında yeni mövsümə start verilib.
Newsport.az-ın məlumatına görə, mövsümün açılış oyununda millimizin üzvü Toğrul Eratın çıxış etdiyi "Duysburq" doğma meydanda "Paderborn"la
qarşılaşıb.
Oyun futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 1:0. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.