Argentina millisinə rədd cavabı verən məşqçi

İspaniyanın "Sevilya” komandasının yeni baş məşqçisi Xorxe Sampaoli yerli mətbuata maraqlı açıqlama verib. 
 

Newsport.az-ın məlumatına görə, 56 yaşlı çalışdırıcı bu yaxınlarda Argentina millisindən rəsmi təklif aldığını və bu təklifə müsbət cavab vermədiyini deyib: "Bəli, Argentina Futbol Federasiyası rəhbərliyindən rəsmi təklif almışam. Ancaq bu dəqiqə xəyalım "Sevilya” ilə kuboklar qazanmadı. Əlbəttə, çox istəyərdim ki, Argentina millisinin baş məşqçisi vəzifəsində çalışım. Lakin bu xəyalımı bir müddətlik gecikdirməliyəm. Bu dəqiqə "Sevilya”nı tərk etmək düzgün olmaz”. 
 
Qeyd edək ki, Sampaoli 2012-ci ildən bu yaya qədər Çili millisinin baş məşqçisi vəzifəsini yerinə yetirirdi. O, Çili millisi ilə son olaraq Amerika Kuboku turnirininn qalıbı olmuşdu. Maraqlı məqam burasındadı ki, Çili millisi sözügedən turnirin finalında Argentina millisini üstələyərək kuboka sahib çıxmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right