“Simurq”un sabiq forvardı Özbəkistan klubunda

"Simurq"un sabiq futbolçusu Draqan Çeran özünə yeni komanda tapıb.
Newsport.az-ın məlumatına görə, serbiyalı hücumçu karyerasını Özbəkistanda davam etdirəcək. 
 
Belə ki, 28 yaşlı futbolçu Mərkəzi Asiya ölkəsinin "Nasaf" klubuyla münasibətlərini rəsmiləşdirib. Klubun rəsmi saytında yer alan xəbərə görə, tərəflər arasında 1 illik müqavilə imzalanıb. Bildirilir ki, Çeran yeni komandasında 69 nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Çeran "Simurq"dan getdikdən sonra Səudiyyə Ərəbistanının "Hayer" klubuna keçib. Futbolçunun son klubu Makedoniyanın "Vardar" komandası olub. O, "Vardar"ın heyətində Makedoniya çempionu adını qazanıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right