Məşhur basketbolçular, Formula-1 pilotları və ulduz futbolçular arasında Almaniyanın Mainz şəhərində yerləşən "Mainz Opel Arena”da dostluq matçı keçirilib.
Newsport.az-ın məlumatına görə, bir komandanın kapitanı məşhur Formula-1 pilotu Sebastian Vettel, digər komandanın kapitanı isə ulduz basketbolçu Dirk Novitski olub.
Vettelin komandasının tərkibində məşhur Formula-1 pilotları Niko Rozberq və Felipe Massa da iştirak edib. Novitzkinin komandasında isə futbolçuların da adına rast gəlmək mümkün olub. Komandanın tərkibində Almaniya millisinin hücumçuları – Lukas Podolski və Miroslav Klose yer alıb.
Formula-1-in əfsanəsi Mixael Şumaxerin şərəfinə keçirilən matç Novitzkinin komandasının 9-6 hesablı qələnəsiylə başa çatıb.
Qarşılaşmadan sonra açıqlama verən Novitzki bu matçla Mixael Şumaxeri unutmadıqlarını və insanların ona dəstək olduğunu vurğulayıb: "Biz bu matçla Mixael Şumaxerə pozitiv enerji göndərmək istəyirdik. Onun bir dahi olduğunu və insanların onu unutmadıqlarını dübut etmək istəyirik”.
Qeyd edək ki, ötən gün baş tutan qarşılaşmanı 24 822 nəfər azarkeş izləyib. Matçdan gələn gəlir beyin xəstəliklərindən əziyyət çəkən insanlara yardım fonduna köçürüləcək.
Xatırladaq ki, Mixael Şumaxer 2 il yarım əvvəl Fransada dağ xizəyi sürərkən yıxılaraq başı qayaya çırpılmış və komaya düşmüşdü. Həmin vaxtdan bəri o, evində aparatlara bağlı şəkildə yaşayır.