Millimizin futbolkçusu İngiltərə klubunda

Milli komandamızın futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, İspaniyanın "Mursiya” komandasının  futbolçusunun xidmətində İngiltərənin "Fulhem” komandası maraqlıdı. 
 
İngiltərə və İspaniya mətbuatları iddia edir ki, bu keçid yaxın günlərdə rəsmiləşəcək. Məlumatda bildirilir ki, London təmsilçisi bu keçidə görə futbolçunun məxsus olduğu komandaya 400 min funt-sterlinq ödəyəcək.
 
Qeyd edək ki, "Fulhem” İngiltərənin ən köklü komandalarından biridi.  Hazırda İngiltərə Çempionşipində mübarizə aparan komandanın ən böyük uğuru Avropa Kubokunun finalında işıtirak etməsidi hesab oluna bilər. "Fulhem” 2008-09-cu mövsümündə indiki Avropa Liqasının finalında "Atletiko”ya məğlub olub və ikinciliklə kifayətlənib.  "Fulhem” Avrokuboklara ilk dəfə iştirak edən və ilk ilində də final oynamaq hüququna malik olan ikinci komanda kimi tarixə düşüb.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right