Almaniyanın "Ersgebirge" klubu növbəti mövsümə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu Aue təmsilçisi digə Almaniya klubu "Hannover"lə qarşılaşıb.
Növbəti mövsümdə ikinci Bundesliqada çıxış edəcək klubların dueli bol qollu alınsa da, qalib müəyyənləşməyib - 3:3.
Nazarov bu görüşün 63-cü dəqiqəsində meydana çıxıb.