Qvardiolanın Mançesterdəki yeni qaydaları

"Mançester Siti"nin müdafiəçisi Qael Klişi baş məşqçisi Pep Qvardiolanın yeni qaydaları haqda danışıb. 

Newsport.az-ın İngiltərə mətbuatına istinadən yaydığı xəbərə görə, o, təcrübəli mütəxəssisin bazaya pizza gətirilməsini qadağan etdiyini deyib. 

Əlavə olaraq, o, Qvardiolanın çəkisi artan oyunçulara da sərt qadağalar qoyduğunu bildirib. Belə ki, normal çəkisindən artıq olan futbolçular hələ də komanda ilə hazırlıqlarda iştirak etmir. 

Fransız futbolçu bildirib ki, Qvardiolaya görə qapıçılar ayaqlarından yaxşı istifadə etməli, müdafiəçilər topla daha yaxşı oynamağı bacarmalıdır. 

Klişi onu da qeyd edib ki, baş məşqçilərinin fikrincə, futbol 11 yarımmüdafiəçi ilə belə oynanıla bilər. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right