Xorvatiya millisinin sabiq üzvü İvitsa Oliçin yeni klubunun adına aydınlıq gəlib.
Newsport.az-ın məlumatına görə, son mövsümü Almaniya Bundesliqasında mübarizə aparan "Hamburq” klubunda çıxış edən futbolçu karyerasını adıçəkilən ölkədə davam etdirəcək.
36 yaşlı futbolçu "1860 Münhen” komandasına keçib. "Kicker” iddia edir ki, hücumçu "şirlər”lə 1 illik müqavilə imzalayıb. Onun yaxın günlərdə ictimaiyyətə rəsmən təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Oliç karyerası ərzində "Herta”, "Dinamo” (Zaqreb) , ÇSKA (Moskva), "Hamburq”, "Bavariya” və "Volfsburq” kimi komandaların şərəfini qoruyub. Forvard 2002-2015-ci illərdə Xorvatiya millisinin uğurları üçün çalışıb.