Rumın futbolçu Premyer Liqamızda çıxış edə bilər

Rumıniyanın "ÇFR Kluj" klubunun futbolçusu İonut Larie karyerasını ölkəmizdə davam etdirə bilər.

Newsport.az saytının məlumatına görə, 29 yaşlı oyunçu Azərbaycandan təklif alıb.
 
Məlumatda bildirilir ki, bu yay dayaq yarımmüdafiəçisinin xidmətində maraqlı olan klubların sırasında Azərbaycan təmsilçisi də var. Lakin son müdafiəçi kimi də oynamağı bacaran 29 yaşlı futbolçu ilə danışıq aparan təmsilçimizin adı açıqlanmayıb.
 
Qeyd edək ki, 186 sm boya malik olan İonut Larie 2014-cü ildən ÇFR-in formasını geyinir. O, karyerası ərzində 1 dəfə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığmasında da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right