Joze Mourinyo futbolçulara qadağa qoydu!

"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo futbolçulara qadağa qoyub.

Newsport.az saytının məlumatına görə, futbolçular matçlardan əvvəlki günlərdə "Pokemon GO” oyununu oynamamalıdı. 
 
Mançester təmsilçisinin adının çəkilməsini istəməyən nümayəndəsi bu haqda jurnalistlərə açıqlamasında məlumat verib: "Futbolçularla xoş münasibət saxlamaq Jozenin xoşuna gəlir. Mourinyo futbolçuların məşqlərdən və matçlardan sonra yaxşı istirahət etməsini zəruri sayır. O hələ də ehtiyatlı davranaraq "Old Trafford”dakı yolunu axtarır. Mourinyonu narahat edən məqam yeganə məqam pokemonlar ətrafındakı səs-küydü. Don Joze artıq futbolçulara bununla bağlı mövqeyini çatdırıb. Mütəxəssis futbolçuların matça 48 saat qalmış "Pokemon Go”nu bir kənara ataraq özünün və köməkçilərinin baş sındırdığı taktika üzərində işləməli olduğunu vacib sayır”.
 
Qeyd edək ki, Mourinyo mövsümlərarası fasilədə "Mançester Yuanyted”in başına keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right