Futbol üzrə Sloveniya çempionatında 2-ci turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Krsko" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Samir ilk turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" iki turdan sonra 4 xalla 3-cü pillədə qərarlaşıb.