“Qarabağ”ın sabiq futbolçusu Stanislav Namaşko ilə eyni komandada

"Qarabağ”ın sabiq futbolçusu Marinaldo Çiçero da Silva (Çumbinyo) özünə yeni komanda tapıb. 
 

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu karyerasını yenidən Yunanıstanda davam etdirəcək. Son mövsümü "Atromitos” klubunda keçirən Çumbinyo bu dəfə "Levadiakos” klubuyla anlaşıb. 2012-ci ildə icarə əsasında sözügedən komandada oynayan futbolçu 1 illik müqaviləyə qol çəkib. 
 
Maraqlıdı ki, Çumbinyo "Levadikos”da Azərbaycan Premyer Liqasında oynayan yeganə futbolçu olmayacaq. Belə ki, AZAL-dan ayrılan Stanislav Namaşko da bir neçə gün öncə bu komanda ilə müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right