Nazarov oynadı, komandası uduzdu

Almaniyanın "Ersgebirge" klubu növbəti yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu ikinci bundesliqa təmsilçisi Regional Liqada çıxış edən "Essen"lə üz-üzə gəlib.

Matç Nazarovun komandasının minimal hesablı məğlubiyyəti ilə yekunlaşıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan "Ersgebirge" ikinci hissədə iki top buraxmaqla görüşdən məğlub ayrılıb - 1:2.

Start heyətdə meydana çıxan Nazarov 69-cu dəqiqədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right