Kolumbiya millisinin üzvü Hames Rodrigez Madridin "Real” klubundakı gələcək taleyi haqqında danışıb.
Newsport.az-ın məlumatına görə, ötən mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən gənc istedad komandadan ayrılmayacağını bildirib. İspaniyanın öndə gedən "Marca” qəzetinə açıqlama verən futbolçu bunları deyib: "Bir klub mənə görə "Real”a 85 milyon avroluq təklif irəli sürdü. Bu təklifdən xəbərim var. Ancaq "Real”ı tərk etmək istəmədim. Mən "Real”da qalacam. Bura mənim uzun illər xəyalı ilə yaşadığım komandadı. Əsas heyətdə yer almaq üçün savaşa hazıram”.
"Marca” "Mançester Yuanyted” və "Çelsi”nin futbolçu ilə maraqlandığını, ancaq bu təklifin PSJ-dən gəmək ehtimalının daha böyük olduğunu iddia edir.
Qeyd edək ki, Hames 2014-cü ildə 75 milyon avro qarşılığında "Monako”dan "Real”a transfer olunmuşdu.