20 yaşlı fubolçu rəsmən “Arsenal”da

Londonun "Arsenal” klubu Qranit Caka və Takuma Asanonun ardından növbəti transferini gerçəkləşdirib.
 

Newsport.az-ın məlumatına görə, "topçular” İngiltərə Çempionşipində mübarizə aparan "Bolton” klubunun futbolçusu Rob Holdinqi rənglərinə bağlayıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Bildirilir ki, 20 yaşlı müdafiəçi ilə uzunmüddətlik müqavilə imzalanıb. 
 
İngiltərə mətbuatı iddia edir ki, "Arsenal” bu transferə görə "Bolton”a 2,5 milyon avro ödəyib. 
 
Xatırladaq ki, İngiltərənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü "Bolton” klubunun  yetirməsidi. Gənc futbolçu ötən mövsüm icarə əsasında "Buri” komandasında top qovub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right