Almaniya millisinin üzvü Andrea Şürrle növbəti dəfə klub dəyişib.
Newsport.az-ın məlumatına görə, "Volfsburq”un futbolçusu bundan sonra "Borussiya”da çıxış edəcək.
Bu barədə Borussiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 25 yaşlı futbolçu yeni klubuyla 5 illik müqavilə imzalayıb. Şürrle yeni klubunda 17 nömrəli futbolka altında çıxış edəcək.
Almaniya mətbuatı iddia edir ki, "Borussiya” bu transferə görə "Volfsburq”a 30 milyon avro ödəyəcək.