“Liverpul” 39 yaşlı futbolçu ilə müqavilə imzaladı

İngiltərənin "Liverpul" klubu daha bir futbolçunun keçidini həll edib. 
 
Newsport.az-ın məlumatına görə, "qırmızılar" Avstriya millisinin üzvü Aleks Manninqerin transferini başa çatdırıb. Son klubu Almaniyanın "Auqusburq" komanda olan 39 yaşlı qolkiperlə 1 illik müavilə imzalanıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
 
Qeyd edək ki, bu, "Liverpul"un 6-cı rəsmi transferi olub. Yürgen Kloppun komandası daha öncə Joel Matip, Loris Karius, Sadio Mane, Marko Qruyiç, Ranqar Klavan və Georginyo Veynaldum kimi futbolçuları transfer etmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right