Kapitan milli karyerasını başa vurduğunu açıqladı

Daha bir məşhur futbolçu milli karyerasını başa vurduğunu açıqlayıb. 
 
Newsport.az-ın məlumatına görə, söhbət Xorvatiya millisinin kapitanı Dario Srnadan gedir. Donetskin "Şaxtyor" klubunun 34 yaşlı futbolçusu bu barədə özü açıqlama verib. 
 
O, klubun rəsmi saytına açıqlamasında bunları deyib: "10 gün ərzində qərarımı rəsmən Xorvatiya Fubol Federasiyasına bildirəcəm. Bundan sonra bütün diqqətimi "Şaxtyor"un oyunlarına yönəldəcəm". 
 
Qeyd edək ki, Srna 2002-ci ildə milli komandada debüt edib. O, "damalılar"ın heyətində 134 oyun keçirib və 22 dəfə fərqlənib. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right