“Barselona” Portuqaliya millisinin üzvünü transfer etdiyini açıqladı

Son İspaniya çempionu "Barselona” daha bir futbolçunun keçidini  həll edib.

Newsport.az-ın məlumatına görə, Kataloniya klubu Portuqaliya millisinin üzvü Ander Qomeşi rənglərinə bağlayıb. 
 
Bu barədə klubun rəsmi "facebook” səhifəsində məlumat verilib. Bildirilir ki, futbolçu ilə danışıqlar müsbət nəticələnib. "Valensiya”dan transfer olunan 22 yaşlı müqaviləsinin şərtləri barəsində hər hansı məlumat verilməyib. 
 
Kluba yaxın olan mənbələr iddia edir ki, "Barsa” 22 yaşlı yarımmdafiəçi ilə 5 illik müqavilə imzalayacaq.  Kataloniya təmsilçisinin bu transferə görə "Valensiya”ya 55 milyon avro ödədiyi bildirilir. 
 
Qeyd edək ki,  Andre Qomeş karyerası ərzində "Benfika” və "Valensiya” klublarında çıxış edib. Perspektivli futbolçu 2014-cü ildən Portuqaliya millisnə cəlb olunur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right