İspaniya millisinin yeni baş məşqçisinin adı rəsmən elan olunub.
Newsport.az-ın məlumatına görə, Fransanda təşkil olunan Avropa Çempionatındakı uğursuzluqdan sonra istefaya göndərilən Visente del Boskenin yerini Xulen Lopeteqi tutub.
Bu barədə məlumatı İspaniya futbol Federasiyasının rəsmi saytı yayıb. Bildirilib ki, son olaraq "Portu”nu çalışdıran 49 yaşlı mütəxəsis milli komandanı DÇ-2018-ə hazırlayacaq.
Qeyd edək ki, Lopeteqi məşqçilik karyerası ərzində İspaniyanın 19, 20 və 21 yaşadək futbolçulardan ibarət milli komandalarını çalışdırıb. O, bundan əlavə "Rayo Valekano” və "Portu” kimi komandaların baş məşqçisi olub.
Xatırladaq ki, veteran qapıçı futbolçu karyerası ərzində "Real” və "Barselona” kimi komandalarda forma geyinib.