Yay transfer dönəmində heyətini Joel Matip, Loris Karius, Sadio Mane, Marko Qruyiç və Ranqar Klavan kimi futbolçularla gücləndirən "Liverpul” klubu daha bir futbolçunun transferini rəsmiləşdirib.
Newsport.az-ın məlumatına görə, "qırmızılar” "Nyukasl”ın futbolçusu Georginyo Veynaldumu rənglərinə bağlayıb. Məlumatı klubun rəsmi saytı yayıb. Bildirilir ki, Hollandiya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. "Liverpul” bu transferə görə futbolçunun məxsus olduğu "Nyukasl” klubuna 25 milyon avro ödəyib.
Qeyd edək ki, Veynaldum karyerası ərzində "Feyenoord” və PSV kimi komandalarda forma geyinib.