Bonilla Azərbaycanı xatırladı: “Zirə”də etdiklərimi...”

Yay transfer pəncərəsində "Zirə"dən ayrılaraq Portuqaliya Premyer Liqasında mübarizə aparan "Nasyonal" klubuna transfer olan Nelson Bonilla komandasında yoxlama oyununu keçirib.
 

Newsport.az-ın məlumatına görə, "Nasyonal" Portuqaliyanın digər klubu "Estoril" ilə qarşılaşıb. Bonilla fərqlənə bilməsə də, komandasına 2 penalti qazandırıb. Oyundan sonra Bonilla Salvador mətbautına açıqlama verib:
 
"Bildiyiniz kimi, Portuqaliya çempionatı dünyanın ən güclü çempionatlarından biridir. Bu komandada uğurlu çıxış edəcəyimə inanıram. Ötən mövsüm "Zirə"də etdiklərimi "Nasyonal"da da edəcəm".
 
Xatırladaq ki, "Nasyonal" Bonillanı 100 min avro qarşılığında "Zirə"dən transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right