Daha bir azərbaycanlı futbolçu Portuqaliya klubunda

"Krılya Sovetov"un azərbaycanlı futbolçusu Emin Mahmudovun yeni klubu müəyyənləşib.
 

Newsport.az-ın məlumatına görə, son mövsümü icarə əsasında "Mordoviya"da keçirən 24 yaşlı yarımmüdafiəçi karyerasını Portuqaliya Premyer Liqasında çıxış edən "Boavişta" klubunda davam etdirəcək. Portuqaliya klubu Mahmudovun transferini yaxın günlərdə rəsmən ictimaiyyətə təqdim edəcək.
 
Qeyd edək ki, Emin Mahmudov Rusiyanın 18, 19, 20 və 21 yaşlılardan ibarət yığmasının şərəfini qoruyub.
 
Əlavə edək ki, yay transfer pəncərəsində azərbaycanlı futbolçu Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubuna transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right