Azərbaycanın FİFA referisi Əliyar Ağayev 19 yaşlılaradək keçirilən Avropa çempionatında baş hakim kimi meydana çıxıb.
Newsport.az-ın məlumatına görə, həmyerlimiz bu dəfə İngiltərə - Xorvatiya matçında fit çalıb.
Görüş ingilislərin 2:1 hesablı qələbəsi ilə bitib. Əliyar Ağayev matç ərzində iki dəfə əlini cibinə ataraq xorvatiyalı futbolçulara sarı vərəqə göstərib.