İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul”klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, "qırmızılar” Loris Karius, Joel Matip, Sadio Mane və Marko Qruyiçin ardından Almaniyanın "Auqusburq” klubundan Raqnar Klavanı rənglərinə bağlayıb. 30 yaşlı mərkəz müdafiəçisi ilə bu gün rəsmi müqavilə imzalanıb.
Klubun rəsmi saytında yer alan məlumata görə Raqnar uzunmüddətli müqavilə əsasında "Liverpul”a keçib. Estoniya millisinin üzvü keçidi haqqında klubun rəsmi saytına fikirlərini bölüşüb: "Çox sevincliyəm. "Liverpul” kimi heyrətamiz komandanın uğurları üçün çalışacağım üçün xoşbəxtəm. "Liverpul”da oynamaq mənim əvvəlki arzum olub. İngiltərə Premyer Liqası dünyanın ən cəlbedici çempionatıdı. Bura futbolun vətəndi”.