Rusiya millisində yeni baş məşqçi

Bu həftənin şənbə günü Rusiya Futbol İttifaqının (RFİ) İcraiyyə Komitəsi ölkə milli komandasına yeni baş məşqçinin təyinatı məsələsini müzakirə edəcək.

Newsport.az-ın xəbərinə görə, bu barədə məlumatı RFİ-nin saytı yayıb. İclasda həmçinin millinin “Avro-2016”dakı uğursuz çıxışı müzakirə olunacaq.

Rusiya mətbuatı isə milli komandaya Stanislav Çerçesovun gətiriləcəyini bildirib. Onun illik 1.5 milyo avro maaş alacağı iddia edilir.

Qeyd edək ki, S.Çerçesovun son iş yeri “Legiya” olub. Onun rəhbərliyi altında bu komanda ötən mövsüm Polşa çempionu adını və kubokunu qazanıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right