Çinin "Şanxay Şenxua" komandasının futbolçusu Demba Banın ciddi xəsarət almasından xəbərdarsınız.
Newsport.az-ın məlumatına görə, sözügedən zədə futbolçunun karyerasına ciddi təsir edə bilər. Belə ki, Seneqaldan olan ftbolçu karyerasını bitirə bilər və ya uzun müddət sonra yaşıl meydanlara qayıda bilər.
Bu barədə məlumatı "Şanxay Şəhər Xəstəxanası"nın cərrahı Zanq Quanq-Vu verib. O, futbolçunun durumunun çox ciddi olduğunu təsdiqləyib: "Demba Banın yaşıl meydanlara qayıdışı 30 ay sonra reallaşa bilər. Sanki futbol meydançasında yox, avtomobil qəzasında xəsarət alıb".