"Neftçi”nin sabiq futbolçusu Ernest Nfor növbəti dəfə Belçikaya köçməyə qərar verib.
Newsport.az-ın məlumatına görə, "Neftçi”dən ayrıldıqdan Səudiyyə Ərəbistanının "Əl Vehda”klubuna keçən hücumçu sözügedən komandadan ayrılıb.
30 yaşlı kamerunlu hücumçunun bundan sonra Belçikada top qovacağı bildirilir. Daha öncə Belçikada "Genk”, "Kortyik”, "Sülte Varegam” kimi komandalarda oynamış Nfor III Liqada mübarizə aparan "Bişot” komandasıyla anlaşıb. Onunun III liqanın son mövsümünün qalibiylə 1 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Nfor 2013-15-ci illərdə "Neftçi”də oynayıb. Kamerun millisinin sabiq üzvü "Neftçi”nin heyətində 48 oyunda 21 qol vurmağa nail olub.