Mövsüm başa çatdıqdan sonra "Neftçi”dən ayrılan Erik Ramos özünə yeni komanda tapıb.
Newsport.az-ın məlumatına görə, paraqvaylı futbolçu karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı futbolçu daha əvvəllər də şərəfini qoruduğu "Rubio Nu” klubuyla münasibətlərini rəsmiləşdirib. Erik köhnə-yeni komandasıyla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ramos "Neftçi”də keçirdiyi 164 oyunda 6 qol vurub.