"Çelsi”də ümidləri doğrulda bilməyən Diqo Kosta növəti dəfə "Atletiko”ya qayıtmağa hazırlaşır.
Newsport.az -ın məlumatına görə, İspaniya millisinin forvardının yaxın günlərdə sabiq komandasına qayıdacağı gözlənilir. Bunu İspaniya mətbuatına açıqlamasında klubun prezidenti Enrike Kerezo deyib. Klub başkanı hazırda danışıqların davam etdiyini açıqlayıb:
"Diqo Kosta ilə danışmışıq. Onu "Atletiko”ya qaytarmaq üçün çalışırıq və buna çox yaxınıq”.
Qeyd edək ki, 2007-09 və 2010-14 cü illərdə "Atletiko”da çıxış edib. O, Madrid klubunun heyətində 94 oyuna 43 qol vurmağı bacarıb.